• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirildi

SİYASƏT

16 Fevral 2025 | 00:23

Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirildi

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

18 Fevral 2025