• Bakı C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Yüksaxlama anbarının fəaliyyəti dayandırıldı - VİDEO

CƏMİYYƏT

19 Fevral 2025 | 10:46

Yüksaxlama anbarının fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “EFE-2018” MMC-yə məxsus yüksaxlama anbarında plan üzrə yoxlama aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, anbarda istismar olunan 1 ədəd körpülü kranın qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı və aləti yoxlamasının (maqnit tozu, ultrasəs və kimyəvi analiz üsulu ilə) aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yüksaxlama anbarının istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


SON XƏBƏRLƏR

20 Fevral 2025