• Bakı 18° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Gərək itlər kimisə parçalamalıdır ki, bizə kömək etsinlər? - Bakıda it problemi

CƏMİYYƏT

20 Fevral 2025 | 20:36

Gərək itlər kimisə parçalamalıdır ki, bizə kömək etsinlər? - Bakıda it problemi

Bakının Nəsimi rayonu, Tbilisi prospektində yaşayan vətəndaşlar aylardır küçə itlərindən təngə gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, onlar qorxularından evdən çıxmağa ehtiyat edirlər.

Sakinlərin sözlərinə görə, uzun müddətdir bu məsələ onlar üçün kabusa çevrilib. Xüsusən gecə saatlarında vəziyyət daha da acınacaqlı olur.

"Körpə uşaqlarımız var, məktəbə gedirlər. İtlər hücum edir deyə onları qarşılaya bilmirik. Gərək itlər kimisə parçalamalıdır ki, bizə kömək etsinlər?!", - deyə narazı sakinlərdən biri deyib.

Problem ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur. Əgər vətəndaş müraciət edibsə, bu, aidiyyəti üzrə yönləndirilir./Milli.az


SON XƏBƏRLƏR

23 Oktyabr 2025