• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Zahid Oruc: Ölkə başçısının 34 müsahibəsi Türkiyənin mətbu orqanlarında birincilik qazanıb

SİYASƏT

19 Fevral 2025 | 10:52

Zahid Oruc: Ölkə başçısının 34 müsahibəsi Türkiyənin mətbu orqanlarında birincilik qazanıb

"İki dövlətin “bir millət-bir mətbuat” idealı ilə çalışdığı qızıl dövr Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük savaşdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 illiyi ilə bağlı keçirilən dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində təkcə hərbi deyil, diplomatik və informasiya səngərində bir nömrəli xüsusi təyinatlı kimi döyüşən rəhbərimiz informasiya resurslarını bayraktarların göylərdəki rolu qədər əvəzedilməz silaha çevirib.

“Ölkə başçısının 34 müsahibəsi qardaş ölkənin fərqli ideoloji kursa malik mətbu orqanlarında birincilik qazandı, təkcə 85 milyonluq türk insanına deyil, ingilis, ərəb, fransız və digər aparıcı dillərdə bütün qitələrə yayıldı. İndi inamla demək olar ki, İlham Əliyevin müsahibələri şanlı milli və ümumtürk mətbuat tariximizin də parlaq səhifələridir”.

Müharibənin ilk günündən Əliyev-Ərdoğan birliyi silahlı savaşın ağırlığını çiyinlərində daşıyan qələm ordumuza ruh verdi, mənəvi-siyasi qardaşlığın simvoluna çevrildiyini deyən Zahid Oruc qeyd edib ki, Türkiyə mətbuatı Xilaskarlıq savaşımızı gündəmdə saxlamaqla bir gün də olsun digər mövzulara öncüllük vermədilər. 

“Obrazlı desək, hər üç məkanda-coğrafi, mavi və kiber vətəndə yalnız bir duyğu və nida vardı-Azərbaycan!”

Deputat nəzərə çatdırıb ki, İlham Əliyevin təkcə silahlı deyil, həm də informasiya müharibəsində qələbəsi 90-cı illərdə xalqımızın ehtiyac duyduğu liderliyin müstəsnalığını göstərdi, qələm və klaviatura ordusunun əzmini və bacarığını qat-qat artırıb və Milli mediamız Vətən müharibəsində ordumuzun qələbəsini informasiya cəbhəsində layiqincə tamamladı.

“Qaynar döyüş meydanlarından reportajlar verən, əsgərlərimizlə çiyin-çiiynə dayanan, azərbaycanlı həmkarları ilə müharibə epopeyasını yaradan Türkiyənin “A Haber”, NTV, CNN-Türk, “TRT Haber” televiziyalarının təmsilçiləri prezidentimizlə görüşdə jurnalistikadan çox qalibiyyət və birlik ruhunu nümayiş etdirirdilər. “Azərbaycan qələbə çalacaq” və “can Azərbaycanın yanındayız” manşetləri bütün türk mediasında birincilik təşkil edirdi”,-deyə Z.Oruc bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Fevral 2025