Bir neçə gün əvvəl "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açdığına dair xəbər yayımlamışdıq.
Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, cərrah Ruslan Ağayev Nazirliyə dəvət olunub:
"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib", - deyə məlumatda qeyd olunub.