• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AFFA iki komandanı yarışlardan kənarlaşdırdı

İDMAN

19 Fevral 2025 | 14:00

AFFA iki komandanı yarışlardan kənarlaşdırdı

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin "Pambıqçı" komandalarını yarışlardan kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, hər iki kollektiv son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.

Onlar müvafiq olaraq Tərtərin "Ramal" və Zərdab təmsilçisi "Məhsul"la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.

Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından "Pambıqçı"nın komandaları çempionatdan uzaqlaşdırılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026