• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ərdoğan NATO baş katibi ilə danışdı

DÜNYA

18 Fevral 2025 | 23:11 | Müəllif: Subhan Mahmudov

Ərdoğan NATO baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Söhbət zamanı regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatmasına səy göstərdiyini və bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Ankara bir çox beynəlxalq təşkilatların, o cümlədən müharibə edən tərəflərin rəhbərləri və nümayəndələri ilə görüşlər keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026