• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

ŞAD XƏBƏR! Bu müavinətlər artacaq

İQTİSADİYYAT

19 Fevral 2025 | 13:48

ŞAD XƏBƏR! Bu müavinətlər artacaq

Azərbaycanda pensiyalardan sonra bir sıra təqaüd və müavinətlərin də artırılması gözlənilir. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinə sözügedən məsələ ilə bağlı tapşırıq verib. Sosial müavinətlərin də artırılması gündəmdəki məsələlər arasındadır. Artımların hansı sahələrdə olacağı isə hələlik məlum deyil.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamında Nazirlər Kabinetinə tapşırıq verilib:

“Nazirlər Kabineti həmin sərəncam imzalandıqdan sonra 3 ay müddətində təkliflərini dövlət başçısına təqdim etməlidir. Bu o deməkdir ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabineti mart ayının 2-ci yarısında təkliflərini cənab Prezidentə təqdim edəcək”

Millət vəkili qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək:

“Amma hansı sosial müavinətlərdə və neçə faiz artım olacağı isə Nazirlər Kabineti tərəfindən təklif olunduqdan sonra aydınlaşacaq. Hələ ki Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanır, bu təkliflər təqdim edildikdən sonra artım faizləri və hansı müavinətlərdə olacağı məlum olacaq”.


SON XƏBƏRLƏR

20 Fevral 2025