Moldovanın 2024-cü ildə mənfi xarici ticarət saldosu 5 milyard 510,1 milyon dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 19,1% çoxdur.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, ölkənin Milli Statistika Bürosunun hesabatında yer alıb.
Hesabata görə, Avropa İttifaqı (Aİ-27) ölkələri ilə malların xarici ticarətində kəsir 2,15 milyard dollar (artım 39,7%), MDB ölkələri ilə 104,7 milyon dollar (2 dəfə azalma) təşkil edib. Ötən il malların ixracı 12,2% azalaraq 3,56 milyard dollara, o cümlədən Moldova malları 5,6% azalaraq 2,71 milyard dollara, xarici malların təkrar ixracı 28,1% azalaraq 846,8 milyon dollara, Aİ ölkələrinə çatdırılma 9,6% azalaraq 2,39 milyard dollara, Cİ-14,2 milyon dollara düşüb.
Malların idxalı isə 4,5% artaraq 9,07 milyard dollara, o cümlədən Aİ-dən idxal 4,55 milyard dollara (artım 8,6%), MDB ölkələrindən isə 346,3 milyon dollara (azalma 35,2 faiz) çatıb.
2024-cü ildə idxalın ixracla əhatə olunma dərəcəsi 39,2% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz bəndi azdır.
Gülşən Şərif