“Zirə" klubu Filip Pahtmanla yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildə Ukraynanın "Lıvov" klubundan transfer olunmuşdu.