• Bakı 19° C

    2.65 m/s

ABŞ-da məktəbdə yeniyetmə 3 nəfəri öldürdü - Yaralılar var

DÜNYA

01 Dekabr 2021 | 09:22

ABŞ-da məktəbdə yeniyetmə 3 nəfəri öldürdü - Yaralılar var

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polisin keçirdiyi mətbuat konfransında bildirilib.

Yaralılar üç müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan ikisi hazırda əməliyyata götürülüb. Daha altısının vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisəni 15 yaşlı tələbə törədib.

O, yarıavtomat tapançadan 15-20 atəş açıb. Cinayətkarın tək hərəkət etdiyi ehtimal edilir.

Yeniyetmə hadisədən 5 dəqiqə sonra saxlanılıb. Onun polislərə atəş açmadığı və könüllü təslim olduğu vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR