• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edildi

DÜNYA

30 Dekabr 2021 | 22:14 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edildi

Gürcüstan parlamenti Tütünə nəzarət haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri üçüncü oxunuşda səs çoxluğu ilə qəbul edib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, qanunla taksilər, katerlər və yeniyetmələrin olduğu fərdi avtomobillərdə siqaret çəkməyə qadağa tətbiq ediləcək.

Düzəlişlərə əsasən, taksi sürücüləri ictimai nəqliyyat sürücülərinə, taksi sərnişinləri isə ictimai nəqliyyat sərnişinlərinə bərabər tutulacaq.

Qadağaya əməl etməyən sürücülərə qarşı 200 lari (110 AZN) məbləğində cərimə sanksiyası tətbiq olunacaq. Uşaqların olduğu fərdi avtomobillərdə tütün məmulatlarından istifadə edən sürüclər isə 50 lari (27 AZN) məbləğində cərimə ediləcəklər. Qanunun təkrar pozulacağı halda cərimələrin məbləği iki dəfə artırılacaq.

Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR