• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ-da qar nəqliyyatı iflic etdi

DÜNYA

29 Yanvar 2022 | 21:22 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-da qar nəqliyyatı iflic etdi

Amerikada qar səbəbindən nəqliyyatın işi iflic olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Nyu-Yorkda 1 400-dən çox sərnişin reysi təxirə salınıb. Con Kennedi hava limanı 877 reysin - planlaşdırılmış uçuşların ümumi sayının 76%-nin ləğvi barədə məlumat verib. La-Guardia Hava Limanı isə işini tamamilə dayandırıb və 556 uçuşu ləğv edib.

Yerüstü rabitə də pozulub. Belə ki, Amtrak milli dəmir yolu sərnişin korporasiyası pis hava şəraiti səbəbindən Nyu-York, Vaşinqton, Boston və Çikaqo arasında əlaqəni dayandırıb. Şəhərlərarası avtobus şirkətləri də reysləri ləğv ediblər.

Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR