• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB

DÜNYA

28 Fevral 2022 | 20:17

Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB

Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə TASS məlumat yayıb.

Danışıqların təfərrüatları açıqlanmayıb.

**19:25

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara fasilə verilib.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində yazıb.

O qeyd edib ki, hər iki tərəf öz hökumətlərinə məlumat verir. Danışıqlarda 3-cü raund başlayacaq.

xxx

17:59

Ukrayna və Rusiya danışıqları hələ başa çatmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Bildirilib ki, onlara danışıqlarda iştirak edən mənbə məlumat verib.

xxx

***17:50

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

*** 14:17

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.

*** 11:29

Belarusda Rusiya-Ukrayna danışıqları saat 13:00-da başlayacaq.

Bakıvaxtı.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin danışıqlardakı rəhbəri, keçmiş mədəniyyət naziri Vladimir Medinski açıqlama verib.

Ukrayna tərəfini danışıqlarda deputat, Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.

Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakrə olunacaq.

*** 10:26

Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.

Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.

*** 09:58

Rusiya tərəfi ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti Belarusa çatıb.

Bakıvaxtı.az-ın RİA "Novosti”yə istinadən xəbərinə görə, danışıqlar Ukrayna-Belarus sərhədində baş tutacaq.

Rusiya nümayəndə heyəti ilə danışıqların bu gün aparılması gözlənilir.

Belarus Xarici İşlər Nazirliyi (XİN) isə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün məkanının fotosunu paylaşıb.

“Belarusda Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək üçün hər şey hazırdır. Nümayəndə heyətlərinin gəlməsini gözləyirik”, - XİN-in "Twitter" hesabında qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026