Türkiyənin İstanbul şəhərində yerli TURKOVAC vaksini ilə peyvəndləməyə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Qeyd olunur ki, vaksindən paytaxt sakinlərinə də vurulur.
Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca ötən gün Ankara Şəhər Xəstəxanasında gücləndirici doza olaraq yerli vaksindən istifadə edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Səhiyyə Nazirliyi TURKOVAC peyvəndinin təcili istifadəsinə icazə verib.
















