• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

72 il qanunsuz maşın sürdü - 84 yaşında yaxalandı

DÜNYA

29 Yanvar 2022 | 10:15 | Müəllif: Subhan Mahmudov

72 il qanunsuz maşın sürdü - 84 yaşında yaxalandı

İngiltərənin Nottingem ştatının Bulvell şəhərində patrul polisi tərəfindən keçirilən reyd zamanı 84 yaşlı kişinin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, adı açıqlanmayan, 1938-ci il təvəllüdlü şəxs 12 yaşından sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü etiraf edib.

Polisin yaydığı məlumata görə, saxlanılan sürücü avtomobili qanunsuz idarə etsə də, heç vaxt qəza törətməyib və ya tutulmayıb.

Polis 72 il sürücülük vəsiqəsi olmadan maşın sürən yaşlı kişini avtomatik nömrə tanıma sisteminin xəbərdarlıq siqnalı verməsindən sonra saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026