• Bakı 5° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Sanksiyaların müddəti bir az uzansa, Rusiya..."- Politoloqun ŞƏRHİ

DÜNYA

28 Fevral 2022 | 00:20 | Müəllif: Qalib İbrahimoğlu

"Sanksiyaların müddəti bir az uzansa, Rusiya..."- Politoloqun ŞƏRHİ

"Rusiyalı oliqarxların dili açılır. Milyarder iş adamları Oleq Deripaska və Mixail Fridman müharibəni dayandıraraq dərhal danışıqlara başlamağa çağırıblar. Aydındır ki, bunun səbəbi Qərbin elan etdiyi və "Rusiyanı rubilnikdən söndürməyə" yönəlmiş iqtisadi savaşdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli özünün "Facebook" hesabında yazıb.

Politoloq qeyd edib ki, bir az əvvəl Rusiyanın "Pobeda" şirkətinin sərnişin təyyarəsinin İstanbuldan uçuşuna icazə verilməyib (Bu loukoster "Aeroflot" qrupuna daxildir.): "Səbəb İrlandiya lizinq şirkətinin "Pobeda"nın istifadəsinə verdiyi "Boeing"i geri istəməsidir.

Bu gün Rusiyanın Xabarovsk şəhərindən Meksikaya uçan "Boeing"ə də Mexikoda həbs qoyulub. Səbəb sığorta şirkətinin sığorta xidməti göstərməkdən imtinasıdır".

Ş.Cəfərlinin sözlərinə görə, Avropa Birliyi, Britaniya və ABŞ Rusiyaya bütün növ təyyarələrin, onların ehtiyat hissələrinin və avadanlıqların satışını, Rusiyaya aid təyyarələrə texniki və sığorta xidmətləri göstərilməsini yasaqlayıb. Bu sanksiyaların müddəti bir az uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətinlik çəkəcək.

Son yazılarımın birində mübaliğə etmişdim ki, Rusiya orta əsrlərə qaytarılır. Amma gedişat onu göstərir ki, həqiqətən belə olacaq", - deyə Şahin Cəfərli yazıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR