• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT nüvə münaqişəsi ideyasını ağlasığmaz hesab edir

DÜNYA

27 Fevral 2022 | 22:56

BMT nüvə münaqişəsi ideyasını ağlasığmaz hesab edir

BMT hətta nüvə münaqişəsinin mümkünlüyü fikrini də ağlasığmaz hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Nüvə münaqişəsi ideyasının özü sadəcə ağlasığmazdır", - Dujarrik vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə deyib ki, NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də Rusiyaya qarşı aqressiv bəyanatlara yol verirlər. O, bununla əlaqədar Rusiya ordusunun mühafizə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026