• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Rusiyaya iki məsələ barədə yazılı təklif verib

DÜNYA

29 Mart 2022 | 19:05

Ukrayna Rusiyaya iki məsələ barədə yazılı təklif verib

Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Rusiyaya yazılı təklif verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, təklifdə Ukraynanın bloklara qoşulmayacağı, hər hansı kütləvi qırğın silahını, o cümlədən kimyəvi və bakterioloji silahları, xarici ölkələrin bazalarını və qoşunlarını öz ərazisində yerləşdirməyəcəyi əksini tapıb.

Eyni zamanda, Ukrayna Krımı və Sevastopolu hərb yolu ilə geri qaytarmaqdan imtina edir. Təkliflərdə Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin də siyahısı yer alıb.

V.Medinski onu da qeyd edib ki, Ukrayna Rusiya ilə müqavilə barədə yekun qərarın iki ölkənin dövlət başçılarının görüşündə verilməsini xahiş edib. Rusiya bu məsələ ilə bağlı qərarını açıqlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026