• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Gürcüstana Marneuli aerodromu üçün xüsusi texnika verdi

DÜNYA

29 Yanvar 2022 | 11:55 | Müəllif: Subhan Mahmudov

Türkiyə Gürcüstana Marneuli aerodromu üçün xüsusi texnika verdi

Türkiyə Gürcüstan Silahlı Qüvvələrinin logistika qabiliyyətinin artırılması məqsədi ilə Gürcüstan Müdafiə Nazirliyinə xüsusi ləvazimatlar təhvil verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstana təhvil verilən ləvazimatlar Marneulidə hərbi məqsədlərlə istifadə edilən hava limanı üçün nəzərdə tutulub.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze təqdim edilən ləvazimatların texniki imkanları ilə tanış olub və dəstəyinə görə Türkiyəyə təşəkkür edib.

Qeyd olunub ki, ləvazimatlar Türkiyə ilə Gürcüstan hökumətləri arasında imzalanmış “Hərbi Maliyyə Əməkdaşlığı Razılaşması” çərçivəsində təhvil verilib. Xüsusi ləvazimatların dəyərinin 597 722 ABŞ dolları təşkil etdiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026