ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Türkiyədə baş verən növbəti zəlzələdən sonra sosial media hesabından dəstək mesajı yayımlayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Sullivan zəlzələlərdən narahat olduqlarını ifadə edib:
"Türkiyə və Suriyada, onsuz da, dağılmış bölgələrə təsir edən zəlzələ xəbərlərindən dərin narahatıq. ABŞ hərtərəfli dəstəyini verməyə davam edəcək".
Qeyd edək ki, fevralın 20-də axşam saatlarında Türkiyənin Hatayın vilayətinin Defne bölgəsində 6,4 bal gücündə zəlzələ olub. Yeraltı təkan nəticəsində yüzlərlə bina dağılıb. Ölənlər və yaralananlar var
Ay Tac















