• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-də Bitkoinin Strateji Ehtiyatı yaradılıb

İQTİSADİYYAT

07 Mart 2025 | 10:37

ABŞ-də Bitkoinin Strateji Ehtiyatı yaradılıb

ABŞ Prezidenti Donald Tramp ötən gün imzaladığı fərmanla Bitkoinin Strateji Ehtiyatını və digər rəqəmsal aktivlərin ehtiyatını yaradıb.

Bakıvaxtı.az bu barədə CNN-ə istinadən xəbər verir. 

Fərmanda deyilir ki, hökumət böyük rəqəmsal aktivin strateji ehtiyatının maliyyələşdirilməsi üçün vergi ödəyicilərinin pullarından istifadə etməyəcək.

ABŞ-nin Maliyyə Nazirliyi isə Rəqəmsal Aktivlər Fondu yaradacaq. Bu Fond cinayət və ya mülki müsadirə prosesləri çərçivəsində hökumət xeyrinə müsadirə edilmiş bitkoinlərlə kapitallaşdırılacaq.

“Bloomberg”in məlumatına görə, hazırda ABŞ təxminən 16,4 milyard dollar dəyərində bitkoin və təxminən 400 milyon dollar dəyərində digər yeddi tokenə sahibdir ki, bu da əsasən mülki və cinayət işləri çərçivəsində aktivlərin müsadirəsi ilə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026