• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ-ın Ukraynaya göndərdiyi silahlar nümayiş olundu 

DÜNYA

27 Yanvar 2022 | 02:22 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-ın Ukraynaya göndərdiyi silahlar nümayiş olundu

Rusiya ilə Ukrayna arasında artan gərginlik davam edərkən, ABŞ Ukraynaya hərbi yardım etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk hərbi silah və sursat şənbə günü göndərildiyi halda, ötən gün daha bir təyyarə Kiyevə eniş edib.  ABŞ Hərbi Hava Qüvvələri verilən hərbi yardımın görüntülərini paylaşıb.

ABŞ Rusiyanın Ukrayna sərhədində 100 min əsgər toplaması ilə artan gərginlikdə Ukraynaya kömək edəcəyinə söz verib. 200 milyon dollarlıq təhlükəsizlik müqaviləsinin üçüncü hissəsi isə artıq Kiyevə çatıb.

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən təqdim edilən görüntülərdə Ukraynaya göndərilən sursat, silah və digər texnikanın paletləri görünür

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Twitter" hesabında qeyd edib ki, 80 ton olan yeni hərbi yardım yükünə raketlər və atış meydançaları daxildir: "Tezliklə dördüncü ən böyük uçan quşu gözləyirik. Strateji tərəfdaşımıza təşəkkür edirik”.

RMəsələyə Moskvanın reaksiyası isə sərt olub. Rusiyanın Vaşinqtondakı səfirliyi tvitter hesabında yazıb ki, ABŞ ölümcül silahlarının Ukraynadakı yaraqlıların və terrorçuların əlinə keçəcəyini bilərək bunu edir.

ABŞ-ın Kiyevdəki səfirliyindən verilən açıqlamada, ABŞ prezidenti Baydenin Ukraynaya yönəltdiyi ilk yardımın Ukraynaya çatdığı, içərisində sursat da daxil olmaqla təxminən 200 min funt-sterlinq yardım olduğu bildirilib. “Göndərmə və 2014-cü ildən bəri 2,7 milyard dollar - ABŞ-ın Rusiyanın artan təcavüzü qarşısında müdafiəsini gücləndirməkdə Ukraynaya kömək etmək öhdəliyini nümayiş etdirir”, - deyə bəyanatda bildirilir.

Birləşmiş Ştatlar 2014-cü ildən bəri Ukraynaya təhlükəsizlik və qeyri-təhlükəsizlik yardımı da daxil olmaqla ümumilikdə 5,4 milyard dollardan çox vəsait ayırıb. Ötən il Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildən bəri Ukraynaya 650 milyon dollardan çox hərbi yardım göstərən ABŞ-ın göndərdiyi yardımın ümumi məbləği 2,7 milyard dollar təşkil edir.

Digər tərəfdən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkəsinin sərhədi boyunca yerləşdirilən rus hərbçilərinin sayı böyük hərbi hücum üçün kifayət etmir. "Ukrayna ilə sərhəddə cəmlənmiş Rusiya qoşunlarının sayı çox böyükdür, bu, Ukrayna üçün təhlükədir. Lakin indi danışdığımız kimi, bu say Ukraynaya qarşı tammiqyaslı hücum üçün kifayət deyil", - deyə Kuleba jurnalistlərə bildirib.

Aytac Aslan


ABŞ-ın Ukraynaya göndərdiyi silahlar nümayiş olunduABŞ-ın Ukraynaya göndərdiyi silahlar nümayiş olundu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026