• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zelenski “Məni son görüşünüz ola bilər” deyərək vidalaşdı

DÜNYA

26 Fevral 2022 | 00:42 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski “Məni son görüşünüz ola bilər” deyərək vidalaşdı

İsveçin Baş naziri Maqdalena Anderson Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa İttifaqı liderləri ilə vidalaşdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Anderson bu barədə Aİ liderlərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Brüsseldə fövqəladə iclasından sonra açıqlama ilə çıxış edib.

“O, bunkerdən Zirvəyə qatılmışdı. İclasın sonunda “Bəlkə də, məni dövlət başçısı olaraq son görüşünüz ola bilər. Məni sağ görən son insanlar ola bilərsiniz” deyərək, bizə vida etdi”, - Baş nazir bildirib ("qafqazinfo").

Zelenskinin vidası ilə bağlı xəbərlər tezliklə dünyanın bir çox mətbuat orqanları tərəfindən tirajlanıb, sosial şəbəkələrdə gündəm olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026