• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ərdoğan Putinlə danışdı

DÜNYA

27 Mart 2022 | 22:10

Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Aparatından verilən məlumata görə, görüşdə Rusiya - Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib.

İki lider Rusiya - Ukrayna danışıqlarının Türkiyədə keçiriləcək növbəti görüşünün İstanbulda təşkili ilə bağlı razılığa gəliblər.

Prezident Ərdoğan söhbət zamanı Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu prosesə hər cür töhfəsini verməyə davam edəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026