Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərə hücum ərəfəsində ərazi müdafiə qüvvələrinin yerləşdirildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, onun bununla bağlı məlumatı teleqram sosial şəbəkəsindəki hesabında yer alıb.
"İndi Kiyev üçün vəziyyət, mübaliğəsiz, təhdidedicidir. Növbəti gecə, səhər çox çətin olacaq. Rusiya qoşunları paytaxta yaxındır. Şəhərdə hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat qruplarını zərərsizləşdirir", - mer deyib.
Kliçkonun sözlərinə görə, paytaxtda körpülər mühafizəyə və xüsusi nəzarətə götürülüb. Onların üzərində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası və döyüşçüləri növbə çəkir.
Həmçinin şəhərin əsas girişlərində də postlar qurulur (report). Paytaxtdakı strateji obyektlərin yaxınlığında nəqliyyatın hərəkətini maneə törədən blokpostlar quraşdırılır.
“Paytaxtı yaxınlaşan hücumçulardan müdafiə üçün Kiyevin ərazi müdafiəsinin 112-ci briqadası artıq 100% təchiz olunub.















