• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: Vaşinqtonun əsas məqsədi...

SİYASƏT

16 Dekabr 2025 | 13:47

ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: Vaşinqtonun əsas məqsədi...

“ABŞ-nin Cənubi Qafqazla bağlı əsas məqsədlərindən biri "TRİİP" layihəsini tez müddətdə başa çatdırmaq və yola nəzarəti ələ almaqdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert vurğulayıb ki, Tramp administrasiyası Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə açıq bəyan edib:

"Zəngəzur dəhlizi Naxçıvana quru yolla gediş-gəlişi və Türkiyə ilə əlaqəni qurmaqla yanaşı, həm də Çin, Orta Asiya ilə Avropa arasında önəmli bir marşrut, bir körpü deməkdir. ABŞ məhz bu cür əhəmiyyətli bir marşrut üzərində, Cənubi Qafqaz kimi strateji bir nöqtədə öz mövqeyini möhkəmləndirmək istəyir. Bu ərazilərin ən azından 99 illik müddətə ABŞ-yə verilməsi də buna imkan yaradır. Yəni ABŞ-nin burada öz maraqlarının olması təbii və başadüşüləndir”.

Turab Rzayev: Azərbaycan tərəfində bütün işlər görülüb və yollar hazırdır

Müsahibimiz vurğulayıb ki, Azərbaycan tərəfi də ən azından dəhlizin açılmasında, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasında, Türkiyəyə birbaşa avtomobil, dəmiryol xəttinin olmasında maraqlıdır. Dediyinə görə, Azərbaycan tərəfində bütün işlər görülüb və yollar hazırdır:

“Sadəcə onların birləşdirmək qalıb. ABŞ-Ermənistan birgə komissiyaların yaradılması göstərir ki, prosesə artıq başlanılıb. ABŞ bu məsələdə Ermənistana maliyyə dəstəyi göstərəcək”.

“Dəhlizin Zəngəzurdan keçəcək 40-50 km.lik məsafəsi başa çatarsa, TRİİP layihəsinin işə düşəcəyinin şahidi olacağıq", - deyə Turab Rzayev vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu" nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacağını bildirib.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin isə deyib ki, "Tramp marşrutu" layihəsinin icrasına rəhbərlik edəcək işçi qrupların ilk iclasları ilin sonunadək keçirəcək. 

Aydın Baxış


SON XƏBƏRLƏR