• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Açılış mərasimində faciə yaşandı: 12 ölü, 80 yaralı

DÜNYA

26 Avqust 2023 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Açılış mərasimində faciə yaşandı: 12 ölü, 80 yaralı

Madaqaskarda keçirilən “Hind Okeanı Ada Oyunları”nın açılış mərasimində izdiham yaşanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Antananarivoda açılış mərasimin izləməyə gələnlərin eyni vaxtda stadiona daxil olması nəticəsində yaranan izdihamda ən azı 12 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

Madaqaskarın Baş naziri Kristian Ntsay bildirib ki, tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda Barea stadionuna daxil olmağa çalışıb.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə, sonra isə hər 4 ildən bir keçirilən “Hind Okeanı Ada Oyunları”nda Mavriki, Seyşel, Komor Adaları İttifaqı, Mayotta, Reünyon və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026