• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kubanın ABŞ-dakı səfirliyinə hücum olub

DÜNYA

25 Sentyabr 2023 | 09:03 | Müəllif: Qalib İbrahimoğlu

Kubanın ABŞ-dakı səfirliyinə hücum olub

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.

Onun sözlərinə görə, Kubanın ABŞ-dakı səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib.

"Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir qeyd edib.

Bildirilib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026