• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Makron İsraildən sonra Fələstinə getdi

DÜNYA

25 Oktyabr 2023 | 00:33

Makron İsraildən sonra Fələstinə getdi

Fransa Prezidenti Emmanuel Makron Fələstinə gedib.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Fransa Prezidentinin "X" hesabında məlumat verilib.

Makron Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

"Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi. HAMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm. Bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir", - deyə Makron bildirib.

Qeyd edək bu gün Fransa dövlət başçısı İsraildə də səfərdə olub. Makron İsrail Prezidenti, Baş naziri və müxalifət liderlərlə ayrılıqda görüşlər keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026