• Bakı 16° C

    2.11 m/s

Az qala kürəyi üstə yıxılacaqdım - Paşinyan

DÜNYA

23 Noyabr 2023 | 23:31

Az qala kürəyi üstə yıxılacaqdım - Paşinyan

Sənədlərə görə, bizdə hər şey qaydasındadır, müəyyən etmişik ki, bütün binalar əlillər üçün uyğunlaşdırılmalı və əlçatan olmalıdır. Amma bir çox hallarda praktikada problemlərlə qarşılaşırıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.

“İki gün əvvəl bir binada pandusla qalxmağa çalışdım, ancaq az qala kürəyi üstə yıxılacaqdım. Çünki pandusun bucaqları o qədər geniş idi ki, onu 4*4 ölçülü avtomobillə qalxmaq olardı. Və bu geniş yayılmış bir fenomendir. Pandus var? Bəli, əlbəttə, amma heç kim ondan istifadə etməyə çalışmayacaq. Əlilliyi olan şəxs pandusa qalxmağa çalışsa, pilləkənlərdən istifadə etməyin daha yaxşı olduğunu başa düşəcək”, - Paşinyan bildirib.

Qeyd edək ki, bugünkü iclas zamanı hökumət binasının işıqları da sönüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026