• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İtaliyada meşə yanğınları davam edir

DÜNYA

23 Dekabr 2023 | 17:40

İtaliyada meşə yanğınları davam edir

İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.

Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.

Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026