Qohumları HƏMAS-ın əlində əsir olan bir qrup şəxs İsrail parlamentinə basqın edib.
Bakıvaxtı.az xəbər verir ki, nümayişçilər əllərində “Onları geri gətirin” yazılan plakatlar tutaraq Milli Məclisdə Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olublar.
Onlar deputatları yeni məhbus mübadiləsi sazişi üzərində işləməyə çağırıb.
Sosial şəbəkələrdə yayılan videolarda basqın zamanı gərginliyin artdığı görünür.
Qeyd edək ki, İsrail ordusunun bəyanatına görə, Qəzzazolağında 136 israilli məhbus var.
Günəş Mərd
















