• Bakı 23° C

    6.99 m/s

İsraildən Suriyaya hava zərbəsi: Ölənlər var

DÜNYA

21 Fevral 2024 | 12:22

İsraildən Suriyaya hava zərbəsi: Ölənlər var

İsrail Suriyaya hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi xəbər yayıb.

Məlumata görə, hava zərbələri Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki Kfar Susa bölgəsinə endirib.

Zərbənin yaşayış binasına dəydiyi və ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Suriyanın xarici işlər naziri Feysal Miqdad İsrailə qarşı yeni müharibələrə hazır olduğunu açıqlamışdı . O, ölkənin bir hissəsinin İsrail, ABŞ və Türkiyə hərbçiləri tərəfindən işğalının qanunsuz olduğunu xatırladaraq, Dəməşqin “torpaqlarını azad etməyə hazır olduğunu” vurğulayıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026