Alimlər yaxın onillikdə dünya əhalisinin azalmağa başlayacağını bildiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dünya əhalisinin sayı 14-cü əsrdə vəba pandemiyasından sonra ilk dəfə azalacaq. Səbəb doğum nisbətinin kəskin azalması olacaq. Bu dövrdə Yer kürəsinin əhalisi bütün dünyada təxminən 50 milyon nəfər, Avropa əhalisi isə təxminən üçdə biri azalıb.
“Dünya əhalisinin sayı taun pandemiyasından sonra ilk dəfə doğuş nisbətinin kəskin azalması səbəbindən azalacaq”, - nəşr bildirib.
Qeyd edilir ki, əhalinin artımı üçün doğum səviyyəsinə görə bir qadına 2,1 uşaq olmalıdır. 2021-ci ildə qlobal doğuş nisbəti bir qadına 2,23 uşaq olub, lakin 2050-ci ilə qədər 1,83 uşaq və 2100-cü ilə qədər bir qadına 1,59 uşaq olacağı proqnozlaşdırılır.
GünəşMərd
















