• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ukrayna əsgərləri cəsədləri minalayıblar?

DÜNYA

21 Fevral 2024 | 16:44

Ukrayna əsgərləri cəsədləri minalayıblar?

Avdeyevkadan çıxan Ukrayna qoşunları həmkarlarının cəsədlərini minalayıblar.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddia ilə Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski çıxış edib.

Məlumata görə, ukraynalı əsgərlərin cəsədlərinin tapıldığı bir neçə fərdi ev aşkarlanıb və onları yoxlayanda minalandıqlarını üzə çıxıb.

Bir gün əvvəl DXR parlamentinin sədri Artem Coqa demişdi ki, Avdeyevkanın bəzi yerlərdə hələ də Ukrayna qoşunlarının bəzi nümayəndələri ola bilər, lakin onlar müqavimət göstərə bilmirlər.

Qeyd edək ki, fevralın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Avdeyevkanın azad edilməsi ilə bağlı ölkə prezidenti Vladimir Putinə məruzə edib. Müdafiə Nazirliyi izah edib ki, nəzarətə götürülən yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin mühüm müdafiə mərkəzidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024