Avstraliya Ukrayna Silahlı Qüvvələri (UAF) üçün pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və ötürülməsi üçün koalisiyaya qoşulacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə assosiasiyaya rəhbərlik edən Avstraliya və Böyük Britaniyanın birgə bəyanatında bildirilib.
“Böyük Britaniya Avstraliyanın Ukraynaya kritik dəstək verən pilotsuz uçan aparatların imkanları koalisiyasına qoşulmaq qərarını alqışlayır”, - bəyanatda deyilir.
Britaniya Avstraliyanın Ukrayna hərbçilərinin təlimində iştirakını, eləcə də ölkənin Ukrayna üzrə Beynəlxalq Fonda bu yaxınlarda verdiyi töhfəni yüksək qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl Kanadanın Ukrayna üçün pilotsuz təyyarələr koalisiyasına qoşulacağı məlum olub. Bunu Kanadanın müdafiə naziri Bill Bleyer açıqlayıb.
Günəş Mərd
Avstraliya Ukrayna üçün koalisiyaya qoşulacaq
DÜNYA
22 Mart 2024 | 14:10

SON XƏBƏRLƏR
25 Noyabr 2026















