• Bakı 20° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

ABŞ-də şənlikdə atışma - ölən və yaralananlar var - ANBAAN VİDEO

DÜNYA

21 Aprel 2024 | 10:47

ABŞ-də şənlikdə atışma - ölən və yaralananlar var - ANBAAN VİDEO

Şənbə günü axşam yerli vaxtla ABŞ-ın Tennessi ştatının Memfis şəhərində şəhər parkında icazəsiz ictimai şənlik zamanı atışma olub. Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis rəisi Carolyn Davis hadisə yerində keçirdiyi mətbuat konfransında deyib ki, polis yerli vaxtla saat 19:19-da atışma barədə xəbərə cavab verib. Davis bildirib ki, iki nəfər hadisə yerində ölüb, yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Atışma Orange Mound Parkda olub. Davisin dediyinə görə, 200-300 nəfərin iştirak etdiyi şənliyə rəsmi icazə olmayəb.

Hadisə ilə bağlı həbslər barədə hələlik məlumat yoxdur./apa


SON XƏBƏRLƏR

24 May 2025