• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

DÜNYA

21 May 2024 | 09:00

İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasında məlumat verib.

    Yardım paketinə 155 mm-lik artilleriya mərmiləri və “Leopard 2A4” tanklarının yeni partiyası daxil olacaq.

    Həmçinin, Ukraynaya yeni yardıma “MIM-104 Patriot” zenit-raket kompleksi üçün raketlər və inteqrasiya olunmuş açıq müşahidə sistemləri (SIVE) daxildir.

    Yardım paketinin iyunun sonuna qədər Ukraynaya çatacağı gözlənilir.

    Nazir Robles əlavə onu da əlavə edib ki, İspaniyanın Ukraynaya uzunmüddətli dəstəyi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması ilə gücləndiriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026