• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsrail ordusu iki hava hədəfini məhv etdi

DÜNYA

21 May 2024 | 01:42

İsrail ordusu iki hava hədəfini məhv etdi

İsrail Hərbi Hava və Hərbi Dəniz Qüvvələri şərqdən ölkəyə yaxınlaşan iki hava hədəfini birgə məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusən “Saar 4.5” sinifli raket kateri əməliyyatda iştirak edib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri də hədəfin məhvində iştirak edib.

Hər iki hava hədəfi İsrailin hava məkanına daxil ola bilməyib. Ölkə ərazisində hava hücumu xəbərdarlığı olmayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024