• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İrəvandakı Göy məsciddə Rəisiyə yas mərasimi VERİLƏCƏK

DÜNYA

21 May 2024 | 10:13

İrəvandakı Göy məsciddə Rəisiyə yas mərasimi VERİLƏCƏK

Mayın 23-də saat 18:30-da İrəvanın Göy məscidində İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə anım mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən bildirilirb.

Məlumata görə, hər kəs helikopter qəzasında həlak olanların xatirəsini yad etmək üçün Göy məscidə baş çəkə bilər.
 

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.Modern.az


SON XƏBƏRLƏR

26 Iyul 2024