• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Antoni Blinkenin İsrailə səfəri başlayıb

DÜNYA

22 Mart 2024 | 13:58

Antoni Blinkenin İsrailə səfəri başlayıb

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, A.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir .

Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri A.Blinkenin İsrailə altıncı səfəridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026