Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam edir.
Bakıvaxtı.az "Caliber.az"a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ümumi maliyyənin 10%-i təşkilatın monitorinqi üçün istifadə olunacaq.
“UNRWA-nın risklərin idarə edilməsinin təkmilləşdirilməsi, yəni sui-istifadənin qarşısının alınması və dəqiq monitorinqin başlanması bizə bu mərhələdə risklərin idarə edilməsi baxımından dəstəyin davam edə biləcəyinə kifayət qədər əminlik verir. Biz dəstəyin on faizini, yəni 500 min avronu risklərin idarə edilməsinə ayırırıq. Bu pul sui-istifadəyə qarşı siyasətin həyata keçirilməsinə nəzarət etmək üçün istifadə olunur”, – Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio bildirib.
Qeyd edək ki, Finlandiya yanvarın 27-də bir neçə əməkdaşının radikal HƏMAS hərəkatı ilə əlaqədə olması ittihamı fonunda maliyyələşməni dayandırdığını bildirmişdi. Helsinki təşkilata hər il 5 milyon avro ayırır.
Günəş Mərd
















