Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ilk uçuşunu uğurla başa vuran Milli Döyüş Təyyarəsi "KAAN"ı tənqid edənlərə cavab verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bu barədə Ayfonkarahisar Zəfər meydanındakı çıxışında danışıb.
"Radiatora oxşayır deyənlərə, KAAN layihəsini sabotaj etməyə çalışanlara baxmayaraq, KAAN bu gün ilk uçuşunu uğurla həyata keçirdi. Gözləyin, biz bunu davam etdirəcəyik".
Qeyd edək ki, Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. KAAN 17 mart 2023-cü ildə uçuş-enmə zolağına gətirilib və 11 ay onun uçuşa hazırlanması həyata keçirilib.
Günəş Mərd
















