• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Navalnının ölümünə görə bu şəxslərə sanksiyalar tətbiq edildi

DÜNYA

21 Fevral 2024 | 16:41

Navalnının ölümünə görə bu şəxslərə sanksiyalar tətbiq edildi

Böyük Britaniya Aleksey Navalnının vəfat etdiyi cəzaçəkmə koloniyasının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sansiyalar koloniyaya rəhbərlik edən 6 nəfərə qarşı  tətbiq edilib. Sanksiyaya məruz qalan şəxslərin aktivləri dondurulacaq və Britaniyaya girişi qadağan ediləcək.

Sanksiya tətbiq oluanan şəxslərin siyahısını təqdim edirik:

1. Polkovnik Vadim Konstantinoviç Kalinin - cəza koloniyasının rəisi;

2. Polkovnik-leytenant Korjov Sergey Nikolayeviç - rəis müavini;

3. Daxili xidmət polkovnik-leytenantı Vasili Aleksandroviç Vydrin - rəis müavini;

4. Polis polkovnik-leytenantı Vladimir İvanoviç Pilipçik - rəis müavini;

5. Polkovnik-leytenant Aleksandr Vladimiroviç Qolyakov - rəis müavini;

6. Polkovnik Aleksandr Valerieviç Obraztsov - rəis müavini;

Eyni zamanda, Britaniya Aleksey Navalnının cəsədinin dərhal ailəsinə təhvil verilməsini və tam və şəffaf istintaqın aparılmasını tələb edib.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024