Almaniyanın xarici işlər naziri Annalena Baerbok Qəzza üçün çağırış edib.
Bakıvaxtı.azbu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, Brüsseldə təşkil edilən Aİ Xarici İşlər Nazirlərinin görüşündən əvvəl verdiyi açıqlamada Qəzzada vəziyyəti yüngülləşdirmək, xüsusilə uşaqların əzablarını yüngülləşdirmək, həmçinin girovları azad edə bilmək üçün təcili olaraq Qəzzada humanitar atəşkəsə ehtiyac olduğunu bildirib.
Nazir Qəzzaya humanitar yardımların artırılması yollarını və humanitar yardım üçün diplomatik səyləri müzakirə edəcəklərini deyib.
Baerbok vurğulayıb ki, iki dövlətli variant İsrail-Fələstin problemini çözmək üçün yeganə yoldur.
Günəş Mərd















