• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Milyarderlər öz şəhərlərini tikirlər

DÜNYA

22 Yanvar 2024 | 13:27

Milyarderlər öz şəhərlərini tikirlər

Bil Qyts və İlon Mask kimi məşhur milyarderlər ABŞ-da özləri üçün şəhərlər tikirlər.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, milyarderlərin dəstəklədiyi California Forever adlı şirkət San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqlayıb.

Bu məqsədlə şirkət 2017-ci ildən 800 milyon dollar dəyərində 202 kvadrat kilometr torpaq sahəsi alıb. Şəhərin 400 min nəfər əhalisi olması hədəflənir və bu layihənin arxasında Laurene Powell Jobs, Reid Hoffman, Marc Andreessen kimi milyarder adların olduğu bilinir.

İnsanlar arasında "Apple" şirkətinin qurucusu Stiv Cobsun keçmiş arvadı Laurene Powell Jobs, "LinkedIN"in qurucusu Reid Hoffman və məşhur vençur kapitalisti Mark Andreessen kimi adlar var. Məlumdur ki, Loren Pauell Cobsun 13 milyard dollar, iş axtarışı platforması Reid Hoffmanın 2,3 milyard dollar, vençur kapitalisti Mark Andreessenin isə 1,8 milyard dollar sərvəti var.

İlon Mask Texasda Starbase adlı şəhər yaratmağı hədəfləyir. Starbase Maskın kosmik şirkəti SpaceX-in qərargahı olacaq. Mask Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alıb və evlər tikməyə başlayıb.

Texnologiya cəmiyyətinin ən tanınmış adlarından biri olan Oracle-ın qurucusu Larri Ellison Havay adalarında bir ada alıb və öz şəhərciyini qurub. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison daha dəbdəbəli bir yanaşma mənimsəyib. Bloomberg-ə görə, Oracle həmtəsisçisi 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini, təxminən,300 milyon ABŞ dollarına satın alıb. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb və adadakı mövcud otelləri təmir edib.

Architectural Digest-ə görə, təxminən, 3000 insanın yaşadığı ada, Tom Cruise, Cindy Crawford və Will Smith kimi adlar da daxil olmaqla ultra zənginlərin sevimlisinə çevrilib. Ellison 2020-ci ildə adaya birdəfəlik köçüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026