• Bakı 15° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Lukaşenko III Dünya Müharibəsinə hazırlaşır - Newsweek

DÜNYA

21 Fevral 2024 | 09:25 | Müəllif: Qalib İbrahimoğlu

Lukaşenko III Dünya Müharibəsinə hazırlaşır - Newsweek

Üçüncü Dünya Müharibəsinin başlaması ilə bağlı qorxular haqlıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, Newsweek xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Nəşrin yazdığına görə, Rusiyaya dəstək verən respublika rəhbərliyi qarşıdan gələn qarşıdurmaya “mümkün qədər” hazır olmaq planlarını gücləndirib.

"Dünya yenidən uçurumun astanasındadır. Biz riskləri və təhdidləri neytrallaşdırmaq üçün mümkün qədər hazır olmalıyıq. Üçüncü Dünya Müharibəsi ilə bağlı narahat olmağa əsas var", - Lukaşenko deyib.

KİV xatırladır ki, Belarus Ukraynaya Rusiya ilə döyüşmək üçün qoşun göndərməyib və atəşkəsin tərəfdarıdır.

"Mən Şərqlə Qərb arasında sivilizasiyalararası qarşıdurmanın hazırkı mərhələsini belə xarakterizə etmək istərdim: maskalar tamamilə atılıb. Biz vəziyyətin nə qədər ciddi olduğunu etiraf etməliyik", - deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, S-400 zenit sistemlərinin iki yeni diviziyası hazırda ölkə silahlı qüvvələrinin xidmətindədir, daha iki divizion isə “İsgəndər-M” raket kompleksləri ilə təchiz olunub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026