• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya öz gəmisini VURDU: gəmi batdı, 3 ölü, 4 yaralı

DÜNYA

21 Mart 2024 | 23:52 | Müəllif: Subhan Mahmudov

Rusiya öz gəmisini VURDU: gəmi batdı, 3 ölü, 4 yaralı

Rusiyaya məxsus “Kapitan Lobanov” trol gəmisi təlim zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin raketi ilə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Dojd” telekanalı iddia yayıb.

Bildirilib ki, vurulduqdan sonra “Kapitan Lobanov” Kalininqrad vilayətində Pionerskoye yaxınlığında batıb.

“Dojd” ekipaj üzvünün qohumuna istinadən xəbər verib ki, martın 19-da raketin gəmiyə dəyməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, 4-ü yaralanıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Kalininqrad vilayətinin administrasiyası gəminin göyərtəsində yanğının baş verdiyini və hadisə nəticəsində bir nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026