• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Qırğızıstan və Tacikistan razılığa gəliblər

DÜNYA

23 Dekabr 2023 | 22:35

Qırğızıstan və Tacikistan razılığa gəliblər

Qırğızıstan və Tacikistandan olan topoqraf qrupları iki ölkə arasında əlavə 11,88 km dövlət sərhədinin demarkasiyasına dair razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, razılaşma qrupların dekabrın 17-dən 23-dək Buston şəhərində keçirilən son görüşü nəticəsində əldə olunub.

Tərəflər Qırğızıstan ərazisində keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzrə işi davam etdirməyi planlaşdırırlar. Qeyd olunub ki, Tacikistan və Qırğızıstan 970 km-lik ümumi sərhədə malikdir, lakin bəzi ərazilər hələ də identifikasiya və nişanlanma tələb edir. Nümayəndə heyətləri arasında görüşlər növbə ilə hər bir ölkənin ərazisində keçirilir.


SON XƏBƏRLƏR

31 Mart 2026